7 Kasım 2015 Cumartesi

"Rat Race" movie/"Rat Race" kinosu

"Rat Race" kinosu 2011-ci ildə çəkilib.Ssenarist-Andy Breckmandır.Mövzusu-Bəhsləri üçün yeni bir yol tapmaq üçün təyin olunan Las-Vegas qumarxana patronu pul üçün yeni yarış planlaşdırar.Lakin bu yarışın sonu onların da gözləmədiyi halda xeyriyyə işi ilə nəticələnər.Rowen Atkinsonun kinodakı obrazı-Enrico Pollini






"Johnny English";"Johnny English Reborn" movies/"Johnny English";"Johnny English Reborn" kinoları

"Johnny English" adlı kinonun baş obrazı-Rouen Atkinsondur.Bildiyimiz kimi hər iki kinoda da English obrazını canlandırır.Birinci film 2003-cü il istehsalıdır.Ssenarist-Neal Purvis,Robert Wade,William Daviesdir.



"Johnny English Reborn" kinosu isə 2011-ci ildə çəkilmişdir.Ssenaristi-William Daviesdir.Hər iki kinonun mövzusu cəsarətli və şanslı olan Englishin başına gələnlərdən bəhs edir.Mİ7 agenti obrazını canlandırır.







"Keeping Mum" movie/"Keeping Mum" kinosu

"Keeping Mum" kinosu 2005-ci il istehsalıdır.Ssenarist-Niall Johnsondur.Kinonun baş obrazı-Rouen Atkinsondur.Mövzusu-problemli bir ailədən bəhs edir.Ailənin sıradan həyatı dayə tutduqları Grace adlı xanımdır.Rouen Atkinsonun kinoda aldığı obrazın adı-Reverand Walter Goodfellowdur.Tanrının sirlərini araşdıran və Tanrıya bağlı rahib obrazını canlandırır.








1 Kasım 2015 Pazar

Mr. Bean about unknown/Cənab Bean haqqında bilinməyənlər

                               Mr. Bean about unknown/Cənab Bean haqqında bilinməyənlər:
Mister Bin haqda olan televiziya serialı İngiltərədə cəmisi 2 il efirlərə getdi. Belə bir qısa müddətdə o, nəinki vətənində, hətta dünyada populyarlıq qazandı. Bir çox dünya televiziya şirkətləri onun iştirakı ilə çəkilmiş filmləri efirlərdə göstərir. Azərbaycan kanalları da bu cəhətdən istisna deyil. 1990-cı illərdən etibarən Azərbaycan tamaşaçısı onu tanıdı. Bu hələ azmış kimi, onun çəkildiyi serialların videokaset və DVD-diskləri də sürətlə satıldı.
Mister Bin dünyada o qədər tanındı ki, hətta bu obrazı canlandıran britaniyalı komik Rouen Atkinsonun özünü kölgədə qoydu. Hamı onu Mister Bin kimi tanıdı. Heç Roueni xatırlayan, onun kimliyi ilə maraqlanan da olmadı. Bəs bu adam əslində kimdir? Görəsən, o, həyatda da belə - başı əngəldən açılmayan, əsəbi, yöndəmsiz və ağılsız adamdırmı?
Qətiyyən elə deyil. Əsl adı Rouen Sebastyan Atkinson olan aktyor gerçəkdə çox tərbiyəli, sakit və müvazinətli insandır. İngiltərənin Nyukasl şəhərindən olan 60 yaşlı Atkinson hələ Mister Bindən əvvəl məşhur idi.
İmkanlı fermer ailəsində dünyaya gələn Rouen ilk vaxtlarda komik aktyor olmaq arzusunda deyilmiş. İlk təhsilini o, kifayət qədər nüfuzlu məktəbdə alıb. Adicə bir faktı qeyd etməyə dəyər ki, Böyük Britaniya sabiq baş naziri Toni Bler onun sinif yoldaşı olub.
 
Atkinsonların evinə televizor olmayıb. “Sehrli qutu” onların evinə Rouenin 12 yaşında gəlib. Buna baxmayaraq, Rouen hələ uşaq ikən müəllimlərini lağa qoyaraq məzəli fizionomiyası ilə dostlarını və sinif yoldaşlarını güldürərdi.
 
 
Məktəbi bitirdikdən sonra o, təhsili Nyukasl və Oksfordda davam etdirir. Və nəticədə, hamımızın tanıdığımız əlindən bir iş gəlməyən Mister Bin obrazını yaradan Rouen mühəndis-elektrik işləri üzrə peşəkarlaşır. Universitetdə oxuduğu müddətdə Rouen tələbə teatrında da fəal iştirak edir. Onun tərəf müqabili isə Riçard Körtis idi. Sonralar aktyorun prodüserinə çevriləcək Riçard günü bu günədək onunla yoldaşlığını davam etdirir. Körtis dostuyla ilk tanışlığını belə xatırlayır: “Roueni sınaqda ilk dəfə görəndə o, biçimsiz, qıvrım saç oğlan idi. Bundan əlavə, o kəkələyərək dəhşət gülməli görünürdü. Lakin ona mimik səhnəni canladıra biləcək kiçik bir epizodik rol verdilər. Və Rouen rolun öhdəsindən uğurla gəldi!”
 

Rouen Atkinson universitetlər qarşısında çıxış edərək məşhurlaşmağa başlayırdı. Ssenari yazar və yazdığını da özü səhnədə canlandırardı. Artıq hər şey məlum oldu: onun yeri elə səhnədir. Tezliklə onu “BBC” televiziya kanalında yayımlanan teleserialında iştirak etməyə dəvət etdilər. Atkinson getdikcə öz yerini tapırdı. O, yerinin məhz televiziya olduğunu anlayırdı. Onun iştirakı ilə çəkilmiş “Doqquz saatlıq xəbər” serialı hətta “Emmi” mükafatına da layiq görüldü. “BBC” televiziya kanalı nə dərəcədə qiymətli insan tapdığını aşkar etdi. Elə buna görə də ona 1980-ci ildə “İlin adamı” mükafatı təqdim edildi.
Rouen tədricən zirvəyə doğru qalxmaqda idi. Lakin bu şan-şöhrət onun özünü də qorxudurdu.
“Restorana gedəndə kimsə yerindən qışqırardı: hey, Rouen, bizə məzəli sifətinlə bir neçə obraz göstər!.. Mən, sadəcə olaraq, bu sözlərə tab gətirə bilmirdim! İnsanlar elə bilir ki, əgər ekran başında onları gülməyə vadar edirəmsə, gerçəklikdə də bunu etməliyəm. Bu isə əslində belə deyil. Çünki mən gerçəklikdə sakit və ciddi insanam”.
1990-cı ilin ilk günü Böyük Britaniya televiziyasında Rouen Atkinson və Riçard Körtis tərəfindən işlənib hazırlanmış “Mister Bin” filminin ilk serialı göstərildi. Bundan sonra, onların dediyi kimi, “dünyaya zəfər yürüşü” başladı. O sanki Çarli Çaplini əvəzləyərək yalnız öz bədən və mimikaları ilə tamaşaçıları güldürə bilirdi. Bundan sonra isə nələrin baş verməsi, məncə, hamıya məlumdur. “Bin” tammetrajlı filmindən sonra Rouen Atkinson İngiltərədə ən çox gəlir əldə edən aktyor hesab olunmağa başlandı. Rouen bir sıra filmlərdə çəkildi, “Kral Şir” cizgi filmində Zaza adlı tutuquşunu səsləndindirdi. Lakin buna baxmayaraq, o, həmişə “Mister Bin” olaraq qaldı və qalacaq...
O, əslində, qapalı insandır. Bəs məşhur aktyorun həyatı haqda daha nələr məlumdur?
1990-cı ilin fevral ayında Rouen uzun müddət görüşdüyü rəfiqəsi Santere ilə ailə həyatı qurur. Şahidlərin sözlərinə görə, Rouen utancaqlığından bir neçə il Santereni görüşə dəvət edə bilməyib. Rouen özünü birtəhər toplayaraq kinostudiyanın yeməkxanasında ketçupu qıza ötürməklə həyatının ilk böyük cəhdini etmiş oldu. Odur-budur, cütlük artıq 25 ildir ki, bir yerdədir.
Rouen XVIII əsrdə tikilmiş şəhərkənarı evdə həyat yoldaşı və iki övladı ilə yaşayır. Ekrandan kənarda Rouen ailəsini alınmaz qalaya çevirir və jurnalistlərdən qaçmağa çalışır. O, arvadı ilə ilk dəfə “Bin” filminin premyerasında birgə görünüb və şəkil də çəkdirib. Bəlkə, Santere insanların ona “Missis Bin” ləqəbini qoymasından qorxub? Kim bilir.
 
Atkinson əsl ingilis kişisi kimi hərəkət edərək, “Mənim evim mənim qalamdır” klassik ilə hərəkət edir. Yeri gəlmişkən, onun islamı qəbul etməsi barədə də çoxlu söz-söhbət gəzir.
Aktyorun “Mister Bin” serialında sürdüyü avtomobilinə fikir verməyin. Əslində, o, bahalı, idman avtomobillərin həvəskarıdır. Avtomobilləri hobbiyə çevirən Atkinson vaxtaşırı maşın yarışlarında da iştirak edir. Hətta arvadı Sanytere ərini avtomobillərə qısqanır. Çünki Atkinson gününün çoxunu maşınlara həsr edir. Arvadı şikayətlənərək deyir: “O, məndən çox maşınlarla maraqlanır”.
Rouen isə hər zaman Mister Bin kimi xatırlanmasını istəyir: “Mən neçə illərdir ki, Mister Bini oynamışam. Onu oynamaq mənim çox xoşuma gəlir. Əslində, Mister Bin personajı çox yaxşıdır. Onun sayəsində mən reallıqdan uzaqlaşıram və qəhrəmanımın köməkliyi ilə kim olduğumu unuduram, daha cəsarətli oluram”.
Gəlin etiraf edək ki, Mister Bin obrazı bizim hamımızın içində yatan böyük uşağı təcəssüm etdirir. Biz də hərdən onun kimi şuluqluq etmək arzusuna düşürük. Bəlkə də, elə ona görə də, Mister Bini indiyədək də  izləməkdən doymuruq.

Rowan Atkinson unknown about/Rowan Atkinson haqqında bilinməyənlər

  Rowan Atkinson unknown about/Rouen Atkinson haqqında bilinməyənlər:
O, Kraliçanın College Engineering Sicence dərəcəsi Master var(Oxford)

Consettdə  dörd qardaşın ən kiçiyi olaraq doğulmuş Atkinson valideynləri Eric və Ella May tərəfindən Anqlikan kimi böyüdülüb.
Uşaq ikən sinifin təlxəyi olan Atkinson öz yeniyetmə çağına çatana qədər o öz dərrakəsini inkişaf etdirdi və olduqca sakit bir insana çevrildi.
Çox  savadlı olan Atkinson iki universitet məzunudur-New Castle və Oxford universitetləri.
Durham Choristers məktəbinə gedərkən Atkinson Tony Blairin məktəb yoldaşı olub.

Əsasən böyük aktyor kimi tanınmasına baxmayaraq o həm də  Atkinson people adlı BBC radio 3 kanalında nümayiş etdirilən komediya serialında baş rol oynayıb.


Kariyerasının başlanğıcında Atkinson bir neçə film və tamaşalarda iştirak edib lakin onu məşhur edən Not the Nine Oclock news adlı komediya şousu olub.
Not the nine o'clock news serialındakı müvəffəqiyyət Atkinsona Richard Curtislə birlikdə yazdığı "The Black Adder" məşhur serialda başlıca obrazı verdi. 
Atkinsonun ən böyük maraqlarından biri maşınlardır.Bir dəfə o hətta demişdi ki-Onun həyatının ən yaxşı anlarından biri(şəxsi qohumluqdan savayı) onun birinci dərəcəli yük maşını lisenziyası alanda olub.
Onun maşınlara sevgisi hələ uşaq ikən atasının traktorunu sürdüyü zamanlara əsaslana bilər.
O həm də Aston Martin,Honda Auidi və hətta MC Laren F1 daxil olmaqla sürətli maşınların təsirləndirici kolleksiyasının fəxri sahibidir.
Lakin bir maşın brendi var ki o onu xoşlamır-Porsche.Bir dəfə o dedi-Mənim Porsche maşınları ilə problemim var,onlar gözəl maşınlardır.Lakin mən bilirəm ki, heç vaxt onların biri ilə belə yaşaya bilməzdim.Lakin səciyyəvi Porsche sürən adamlar hiss edirəm ki,mənim adamlarım deyil.
Özünün MC Laren F1 maşınında Atkinson iki dəfə qəza keçirib.2011-ci ildə baş vermiş ikinci qəza kifayət qədər ciddi idi.Aktyor maşınını ağaca çırpıb,çiynini əzmişdi.Maşın çox möhkəm zədə almışdı və bu Britaniya tarixində ilk dəfə idi ki,sığorta şirkəti 1 milyon funt sterlinq ödəmişdi.
Əslində maşınlar onun film kariyerasında mühüm obraz oynayıb.Cənab Beanin sürücülük səhnələri bütün dünyada tanınır.
Arabir, Atkinson da avtomobil jurnalı kimi bəzi Britaniya jurnalları üçün yazıçılıq edir.
O, Şəhzadə Villiam və Kate Middletonun toyunda qonaqlardan biri eləcə də Şəhzadə Charles və Camillanın toylarında da həmçinin.
Atkinson açıq dini nifrətə təhrik yeni qanunvericilik təqdim etməklə Britaniya Əmək Hökumətinin planlarına qarşı tanınır,mübahisələrə əsasən azad nitqi sarsıdır.
O, həyatının ən yaxşı anlarında mülayim pəltəklikdən əziyyət çəkir.O,xüsusilə müsahibələr xoşlamır,onun şəxsi həyatında lal-kar kimi tanındığına görə ola bilər.Faktiki olaraq Cənab Beanin danışığı da çətin danışıqdır.
Atkinson James Bondun böyük bir fanı olmuşdur və o, hətta Sean Connery ilə 1983-cü ildə Never say never again adlı James Bondla bir dəstək xarakterli filmdə oynamaq imkanı olub.
1990-cı ildə Atkinson Sunetra Sastry ilə evləndi.O,1980-ci ilin sonlarında BBC-də görüşüb  bir arada olmaqda idi.Onun iki uşağı var-Lily və Benjamin.2014-cü ilin fevralında baxmayaraq ki,o Sastry ilə boşandı.
Onun şəxsi film kariyerası ərzində aktyor əhəmiyyətli pul qazandı.Onun cari sərvəti haqqında təxmin edilir-85 milyon 
2001-ci ildə Keniyada bir bayram səfərində ailəsi ilə birlikdə olarkən təyyarə enməyə başladı.Atkinson pilotun nəzarətini götürdü və təyyarəyə nəzarət etməyi  bacardı və təyyarə təhlükəsiz endi.
Atkinson ailəsinin şəxsi qoruyucusu olmuşdur.Hətta onun ən yaxın dostları bildirir ki-Sastry uşaq dünyaya gətirənə qədər onun yanında olmuşdur.
Əsasən onun ən məşhur obrazının adı Cənab Bean,Cənab Vayt oldu.Daha sonra cənab Cauliflouer dəyişib lakin Cənab Bean nəhayət başa çatmışdır.